BANK

Azərbaycan bank sektoru bu ilin ilk 9 ayını 480 mln. manat xalis mənfəətlə başa vurub
03 NOYABR
175

Azərbaycan bank sektoru bu ilin ilk 9 ayını 480 mln. manat xalis mənfəətlə başa vurub

2017-11-03 16:49:00

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bank sektorunun faiz gəlirləri 1 437,3 mln. manat, faiz xərcləri 687,8 mln. manat, qeyri-faiz gəlirləri 779,7 mln. manat, qeyri-faiz xərcləri 708,5 mln. manat təşkil edib.

Bu barədə Fins.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Son nəticədə, bank sektorunun xalis əməliyyat mənfəəti 820,8 mln. manat olub.

Banklar aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 321,3 mln. manat yönəldib, digər mənbələrdən 2,9 mln. manat gəlir əldə edib, 22,7 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da Azərbaycanın bank sektoru ilin ilk 9 ayını 479,7 mln. manat xalis mənfəətlə başa vurub. Bunun 128,9 mln. manatı sentyabrda əldə edilib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291