BANK

Palata: Bank sektorunun balans kapitalı 3 mlrd. manatdan çoxdur
03 NOYABR
140

Palata: Bank sektorunun balans kapitalı 3 mlrd. manatdan çoxdur

2017-11-03 16:19:00

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri  26 mlrd. 163,6 mln. manat, cəmi öhdəlikləri isə 23,145 mlrd. manat təşkil edib

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 18,6 mln. manat olub.

Hesabat dövrünə əhalinin əmanətləri 6 mlrd. 999,5 mln. manatdır.

Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM-lərin sayı 2486-dır.
Bütövlükdə, bank sektorunun işçi heyəti 16340 nəfər təşkil edib.

Hazırda ölkədə fəaliyyət göstərən 123 bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289