BANK

Bank of Baku birləşmə ilə bağlı xəbərlərə aydınlıq gətirdi!
03 NOYABR
488

Bank of Baku birləşmə ilə bağlı xəbərlərə aydınlıq gətirdi!

2017-11-03 16:20:00

Bank of Baku, Kütləvi İnformasiya Vasitələrində AFB Bank ilə yaxın saatlarda birləşəcəyinə dair yayılan xəbərlərə aydınlıq gətirib. Bankdan verilən məlumata görə, Bankın fəaliyyəti ilə bağlı bu kimi mühüm qərarlar Səhmdarların Ümumi Yığıncağında qəbul olunur.

Bank ictimaiyyətin nəzərinə çatdırır ki, bu istiqamətdə heç bir qərar qəbul olunmayıb və yayılan xəbərlər həqiqəti əks etdirmir. 

Bankın fəaliyyəti ilə bağlı hər hansı bir yenilik və ya dəyişiklik olduğu təqdirdə, ictimaiyyətə bu barədə Bankın məsul şəxsləri tərəfindən rəsmi məlumat veriləcək.

Bank müştərilərindən və cəmiyyətdən əsassız mənbələrə inanmamalarını, onları maraqlandıran sual və müraciətlərini məhz Bank of Baku-nun rəsmi internet ünvanına və sosial şəbəkələrdəki hesablarına yazaraq və ya 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq dəqiqləşdirmələrini xahiş edir. 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291