BANK

Azərbaycandakı 31 bankdan 4-nün aktivləri 1 milyard manatdan çoxdur
02 NOYABR
481

Azərbaycandakı 31 bankdan 4-nün aktivləri 1 milyard manatdan çoxdur

2017-11-02 12:42:00

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 31 bankdan 4-nün aktivləri 1 milyard manatdan çoxdur.

Fins.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 106,53 milyon manat), "PAŞA Bank" ( 3479,327 milyon manat), "Kapital Bank" (3 025,136 milyon manat) və "Xalq Bank"dır (1 805,245 milyon manat).

Qalan 27 bankdan 8-nin aktivləri 0,5 - 1 milyard manat arasında, 17 bankın aktivləri 100 - 500 milyon manat arasında, 2 bankın aktivləri isə 100 milyon manatdan azdır. Ölkənin ən kiçik bankı Pakistan Milli Bankının Bakı filialıdır. Filialın aktivləri cəmi 11,069 milyon manatdır.

Xatırladaq ki, Pakistan Bankı məcmu kapitalın 50 milyon manata çatdırılması tələbindən 2025-ci ilə qədər azad edilib. Odur ki, bu maliyyə qurumunun aktivlərinin digər banklarla müqayisədə az olması başa düşüləndir. 

© Renkiq.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291