BANK

“Qara bazar”da böhran: “Günü 5 manata işləyirik”
31 OKTYABR
676

“Qara bazar”da böhran: “Günü 5 manata işləyirik”

2017-10-31 16:23:00

Oktyabr ayının 31-da, “qara bazar”da dolların məzənnəsi məlum olub. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6900 manat, satışı isə 1.7000 manat olaraq qalıb.

Dollarla yanaşı Avropa valyutasının rəsmi məzənnəsi dəyişməyib. Avronun alışı 1.97 manat, satışı isə 1.99 manat olaraq qalıb.

Rus rublunun alışı nisbi bahalaşıb. Rublun alışı 2.87 qəpikdən 2.88 qəpiyə yüksəlib, satışı isə 2.90 qəpik olaraq.

Dollar alverçiləri yaranan durğunluq nəticəsində gəlirlərinin kəskin aşağı düşdüyünü deyirlər: “Dolların stabilləşməsi qazancımızı kəskin azaldıb. Gəlirlərimiz ən azı 7-8 dəfə aşağı düşüb. Məsələn, əvvəl bir gündə dollar satışından 30-40 manat qazanırdıqsa, indi cəmi 5 manata işləyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291