BANK

"Rabitəbank" mənfəətini açıqladı
31 OKTYABR
233

"Rabitəbank" mənfəətini açıqladı

2017-10-31 17:18:00

2017-ci il oktyabrın 1-ə "Rabitəbank" ASC-nin aktivlərinin həcmi 730,308 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,95% çoxdur.

Fins.az APA-ya istinadən xəbər verir ki, hesabat dövrünün sonuna bankın kredit portfeli 198,372 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,98% azalmadan xəbər verir. Bankın istehlak kreditləşməsini 14,39% və 6,591 mln. manatadək azaldıb.

Cari ilin oktyabrın 1-nə bankın depozit portfeli 7,25% azalaraq 197,841 mln. manata çatıb. Ümumilikdə bankın öhdəlikləri ötən illə müqayisədə 37,93% artaraq 644,623 mln. manata çatıb.

Üçüncü rübün sonuna bankın məcmu kapitalı 78,27% artaraq 105 mln. 137 min manat, nizamnamə kapitalı isə 82,47% artaraq 88,500 mln. manat olub.

Hesabat dövründə bankın gəlirləri 8,66% azalaraq 29,074 mln. manat, xərcləri isə 7,61% azalaraq 14,423 mln. manat təşkil edib.

Bank üçüncü rübü 642 min manatlıq mənfəətlə başa vurub.

"Rabitəbank" 1993-cü ildə Azərbaycan Milli Bankı tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291