BANK

“Bank Respublika” 2017-ci ilin üçüncü rübünə dair maliyyə göstəricilərini açıqlayıb
31 OKTYABR
252

“Bank Respublika” 2017-ci ilin üçüncü rübünə dair maliyyə göstəricilərini açıqlayıb

2017-10-31 15:04:00

Bank Respublika”-nın cəmi gəlirləri 45 milyon 472 min manat təşkil edib.

Diqqəti çəkən odur ki, Bankda fiziki şəxslərin depozitləri artıb. 30 iyun 2017-ci il tarixində bu əmanətlərin həcmi 197 milyon 131 min manat təşkil edirdisə, hal-hazırda bu məbləğ 212 milyon 988 min manata çatıb.

Kredit portfeli bu ilin birinci yarısında 245 milyon 357 min manat təşkil edirdisə, hesabat dövrünə 224 milyon 574 min manatadək azalıb. Bankdan verilən məlumata görə, buna səbəb qeyri-standart kreditlərlə aparılan iş nəticəsində həmin portfelin azalması olmuşdur.

Bankın qeyri-standart kreditləri 2017-ci ilin 2-ci rübü ilə müqayisədə 2 dəfədən çox azalaraq 5,3 % təşkil edib. Bank kreditlər üzrə 9 milyon 745 min manat adi və məqsədli ehtiyat yaradıb.

30 Sentyabr 2017-ci il tarixinə “Bank Respublika” ASC-nin cəmi aktivləri 710 milyon 542 min manat, cəmi öhdəlikləri 663 milyon 940 min manat, cəmi balans kapitalı isə 46 milyon 602 min manat olub.

Cari ilin 9 ayı ərzində ümumi depozit portfeli 459 milyon 67 min manat təşkil edib.

Bankdan verilən məlumata əsasən, aktivlər üzrə mümkün zərərləri qarşılamaq üçün 6 milyon 186 min manat ayırılmış xüsusi ehtiyatın yaradılması nəticəsində, bu ilin 9 ayını bank 1 milyon 619 min manat zərər ilə yekunlaşdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291