BANK

ADIF-in icraçı direktorunun müavini gələn ay “Bank Standard”ın kreditorları ilə görüşəcək
31 OKTYABR
162

ADIF-in icraçı direktorunun müavini gələn ay “Bank Standard”ın kreditorları ilə görüşəcək

2017-10-31 09:12:00

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev noyabrın 21-də ləğv prosesində olan “Bank Standard” QSC-nin kreditorları ilə görüşəcək.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Məlumata görə, görüş saat 15:00-da ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı ofisində olacaq.

Xatırladaq ki, “Bank Standard”ın Kreditorlar Komitəsinin oktyabrın 20-də keçirilmiş son iclasında kreditorlar israrla V.Abdullayevin onlarla görüşməsini tələb etmişdi. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291