BANK

200 manat maaş alanlar kredit alacaqlar - MÜSAHİBƏ
30 OKTYABR
5245

200 manat maaş alanlar kredit alacaqlar - MÜSAHİBƏ

2017-10-30 10:14:00

Dövlət bankı Azər Türk Bank müştərilərinə yeni kredit məhsulunu təqdim edir. Belə ki, kredit əldə etmək istəyən hər kəs 15 000 manata qədər, sığorta xərci  olmayan “İstehlak” kreditindən yararlana biləcəklər. Bunu Fins.az-a müsahibəsində Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru Leyla Məmmədova bildirib.

-          Leyla Məmmədovanın sözlərinə görə aylıq rəsmi gəliri minimum 200 manat olan hər kəs Dövlət Bankı Azər Türk Bankın təqdim etdiyi yeni “İstehlak” kreditindən istifadə edə biləcəklər. Maksimal məbləği 15 000 manata qədər olan bu kreditin əldə edilməsi üçün müştəri rəsmi gəlirini təsdiq etməlidir. Bu məhsulun bir neçə üstünlükləri var. Birinci üstünlük odur ki, müraciət edən şəxslər bu kredit məhsulu üzrə sığorta xərcindən tam azad edilib. Məhsulun ikinci üstün cəhəti odur ki, maaşa qarşı minimal tələb çox aşağıdır. Belə ki, aylıq gəliri 200 manat olan istənilən şəxs 2 000 manata qədər sərfəli faizlər və minimal komissiya xərci ilə kredit əldə edə bilər.

Kredit əldə etmək istəyən şəxslər bankın filiallarından birinə yaxınlaşa, yaxud    www.azerturkbank.az saytı vasitəsilə onlayn kredit müraciəti edə bilərlər.

Hazırda nə qədər insan Azər Türk Bankın kartlarından istifadə edir?

Hazırda  dövriyyədə Banka məxsus 38 minə yaxın aktiv ödəniş kartı vardır ki, bu da ilin əvvəli ilə müqayisədə 35 faiz çoxdur. Bu kartların əksər hissəsi əmək haqqı lahiyələrinin payına düşür.

Bəs bankomat xidmət şəbəkənizi genişləndirirsinizmi?

Bankomatlarımızın sayı mütəmadi olaraq artırlır. Bununla yanaşı Azər Türk Bankın müştəriləri MilliÖn ödəmə köşkləri vasitəsilə həftənin istənilən günü və saatlarında kredit borclarını ödəyə, debet kartlarına pul mədaxil edə bilərlər.

Ümumilikdə nə qədər müştəriniz var?

Hazırda Azər Türk Bankın 20 000-dən çox müştərisi var və daim olaraq bu say artmaqdadır.

Yaxın gələcəkdə yeni filialın açılması gözlənilirmi?

Hal-hazırda Dövlət Bankı Azər Türk Bankın ölkə üzrə Müştəri Xidmətəri Mərkəzi, 6 filialı və 3 şöbəsi müştərilərinə xidmət göstərir.

Uzun illərdir ki, Dövlət Bankının ən aktiv filiallarından biri “Naxçıvan” filialı Naxçıvan Muxtar Respublikasında uğurla fəaliyyətini davam etdirir. Müştərilərin Bankın məhsul və xidmətlərinə olan tələbləri mütəmadi olaraq artmaqdadır. Xidmət səviyyəsini yüksəltmək, daha çox müştəriyə xidmət göstərmək, onları bank məhsulları ilə daha yaxşı səviyyədə təmin etmək məqsədilə yaxın zamanda sözügedən filial yeni ünvana köçürüləcək. Bankın yenilənmiş bu filialında da vahid korporativ interyer dizayn standartları tətbiq edilir.

Sonda qeyd etmək istədikləriniz?

Sonda qeyd edim ki, bankımız ölkəmizdə fəaliyyət göstərən ən böyük banklardan biridir və səhmlərinin 75 %-i dövlətə məxsusdur. Biz Azər Türk Banklılar daima mövcud müştərilərimizlə münasibətlərin inkişaf etdirilməsi, yeni müştərilərin cəlb edilməsi üçün onlara faydalı olan innovativ məhsul və xidmətlərin yaradılması üzərində işlər aparırıq. Bunun nəticəsi olaraq yaxın müddətdə həm fiziki, həm də hüquqi şəxs müştərilər üçün tam yenilənmiş mobil və internet bankçılıq xidmətləri istifadəyə veriləcəkdir.

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291