BANK

“Muğanbank” nizamnamə kapitalını daha 10 mln. manat artırır
30 OKTYABR
155

“Muğanbank” nizamnamə kapitalını daha 10 mln. manat artırır

2017-10-30 09:15:00

Oktyabrın 23-də “Muğanbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Məlumata görə, yığıncaqda “Muğanbank”ın nizamnamə kapitalının 10 mln. manat və yaxud 13,3% artırılaraq 85 mln. manata çatdırılmasına qərar verilib. Kapital artımı dövriyyəyə yeni səhmlərin buraxılması yolu ilə həyata keçiriləcək.

Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Onun səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291