BANK

9 ay ərzində "Naxçıvanbank"ın faiz gəlirləri bu qədər olub
24 OKTYABR
187

9 ay ərzində "Naxçıvanbank"ın faiz gəlirləri bu qədər olub

2017-10-24 11:10:00

"Naxçıvanbank" bu ilin yanvar-sentyabr aylarını 3,585 milyon manat xalis mənfəətlə başa vurub. Fins.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% azdır.

9 ay ərzində "Naxçıvanbank"ın faiz gəlirləri 3,901 milyon manat, faiz xərcləri 199 min manat, qeyri-faiz gəlirləri 2,157 milyon manat, qeyri-faiz xərcləri 2,158 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 116 min manat təşkil edib.

Oktyabrın 1-nə "Naxçıvanbank"ın aktivləri 136,267 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 27,9% çoxdur. Bunun 64,719 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 23,5% böyüyüb.

Hesabat dövründə "Naxçıvanbank"ın vaxtı keçmiş kreditləri 13,5% azalaraq 2,775 milyon manata, problemli kreditlərin ümumi kredit portfelində payı isə 1,9 faiz bəndi azalaraq 4,3%-ə düşüb.

Hesabat tarixinə "Naxçıvanbank"ın öhdəlikləri 63,806 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 56,5% çoxdur. Bunun 29,616 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 56,6% böyüyüb. O cümlədən fiziki şəxslərin depozitləri 42,5% artaraq 14,713 milyon manata, hüquqi şəxslərin depozitləri isə 73,5% artaraq 14,903 milyon manata çatıb.

İl ərzində "Naxçıvanbank"ın balans kapitalı 10% artaraq 72,461 milyon manat, nizamnamə kapitalı isə 14,2% artaraq 67,83 milyon manat təşkil edib.

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291