BANK

"Saxo Bank": Getdikcə Azərbaycanda dolların məzənnəsini idarə etmək çətinləşəcək
23 OKTYABR
843

"Saxo Bank": Getdikcə Azərbaycanda dolların məzənnəsini idarə etmək çətinləşəcək

2017-10-23 17:05:00

 Dünya bazarında neftin qiyməti 50 dollar/barel ətrafında qorunarsa, Azərbaycanda ABŞ dollarının məzənnəsi hələ bir müddət sabit qalacaq. Bunu  açıqlamasında Danimarkanın internet bankçılıq xidmətləri göstərən "Saxo Bank"ın analitikləri bildiriblər.

Bankdan verilən məlumata əsasən, hazırda Azərbaycanda dolların məzənnəsi 1,70 manat səviyyəsində idarə olunur: "Lakin, əgər Azərbaycan 2018-ci ildə məzənnə siyasətini köklü şəkildə dəyişməsə, dolların məzənnəsini idarə etmək çətinləşəcək".

Qeyd edək ki, bir müddət əvvəl Çinin "Geely Holding Group" Şirkətlər Qrupu "Saxo Bank"ın səhmlərinin 51,5%-ni 800 mln. dollardan baha qiymətə almaq istədiyini bildirib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285