BANK

“Qara bazar”da dollar neçəyədir?
23 OKTYABR
3018

“Qara bazar”da dollar neçəyədir?

2017-10-23 10:27:00

Oktyabr ayının 23-də, “qara bazar”da dollar alışı nisbətən ucuzlaşıb. Fins.az-ın səhər saatlarında fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manatdan 1.6900 manata düşüb, satışı isə 1.7000 manat olaraq qalıb.

Dollardan fərqli olaraq “qara bazar”da avronun alışı bahalaşıb. Avropa valyutasının alışı 1.97-1.98 manatdan 1.99 manata yüksəlib, satışı isə hazırda 2.00 manat təşkil edir.

Rus rublunun “qara bazar” məzənnəsi is dəyişməyib. Rublun hazırda alışı 2.90 qəpik, satışı isə 2.92-2.93 qəpiyə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285