BANK

"AccessBank": Manatın stabilləşməsi dedollarizasiya proseslərini sürətləndirib
11 OKTYABR
226

"AccessBank": Manatın stabilləşməsi dedollarizasiya proseslərini sürətləndirib

2017-10-11 16:28:00

"Ötən illər Azərbaycanın bank sektorunun restrukturizasiyası ilə yadda qalıb. "Fitch" beynəlxalq reytinq agentliyinin hesabatlarına əsasən, bank sektorunda konsolidasiya prosesi yaxın illərdə davam edəcək. Bu isə Azərbaycan bankları daha möhkəm edəcək və bank sektorunu stabilləşdirəcək".

Fins.az xəbər verir ki, bu barədə "AccessBank"ın Korporativ bankçılıq departamentinin direktoru Günay Cəlilova Azərbaycan-Almaniya biznes forumunda çıxışı zamanı bildirib.

Departament rəhbərinin sözlərinə görə, 30 dollaradək ucuzlaşmadan sonra neftin qiymətinin 50 dollara çatması, hökumət tərəfindən tənzimləyici addımların atılması milli valyutamızın məzənnəsinin stabilləşməsinə səbəb olub: "Manatın məzənnəsinin stabilləşməsi milli valyutada kreditləşmənin bərpasına imkan verir. Düzdür, xarici valyutada verilən kreditlər üzrə faiz dərəcələrinin aşağı olması onları daha cəlbedici edir. Bu baxımdan xarici valyuta qazanc əldə edən ixracyönümlü şirkətləri xüsusilə qeyd etmək istərdim".

G. Cəlilova əlavə edib ki, manatın məzənnəsinin stabilləşməsi dedollarizasiya proseslərini sürətləndirib. Bu baxımdan xanım bankir təmsil etdiyi bankı misal gətirib. "Biz manatda yatırılan depozitlərin həcmində artım görürük ki, bu da milli valyutaya olan inamı əks etdirir", - deyə G. Cəlilova vurğulayıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296