BANK

“Qara bazar” 20-30 qəpiyə işləyir – SPRED DÜŞDÜ
11 OKTYABR
741

“Qara bazar” 20-30 qəpiyə işləyir – SPRED DÜŞDÜ

2017-10-11 16:09:00

Oktyabr ayının 11-da “qara bazar”da dolların satışı ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.7000 manat olaraq qalsa da, satışı isə 1.7030-1.7040 manatdan 1.7020-1.7030 manata düşüb. Bu isə növbəti rekord spred daralması deməkdir. Başqa sözlə, dollar alverçiləri hər 100 dollara görə 20-30 qəpik qazanırlar. Qeyd edək ki, bu növbəti ən aşağı göstəricidir.

Məlumata görə, yaranan vəziyyətlə əlaqədar olaraq dollar alverçiləri “qara bazar”ı tərk edirlər:“Bankların kursu aşağı salması “qara bazar”a pis təsir edib. Valyuta dəyişmək sərf etmir, ona görə dollar dəyişənlər azalıb”.

Dollardan fərqli olaraq “qara bazar”da avronun da məzənnəsi dəyişməyib. Avronun alışı 1.98 manat, satışı isə 2.00 manat təşkil edir.

Rus rublun isə alışı 2.88 qəpik, satışı isə 2.90 qəpiyə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296