BANK

“Qara bazar” nə üçün yaranır? – HANSI ÖLKƏLƏRDƏ VAR?
11 OKTYABR
600

“Qara bazar” nə üçün yaranır? – HANSI ÖLKƏLƏRDƏ VAR?

2017-10-11 15:14:00

Qara bazar nədi və nə vaxt yaranır? Hazırda ölkəmizdə əsasən valyuta “qara bazar”ı mövcutdu. Bu bazarda xarici valyutalar dəyişdirilir. Bəs “Qara bazar” nə vaxt yaranır? Fins.az-ın bu sualına cavabı iqtisadçı ekspert Cəfər İbrahimli cavablandırıb. Ekspertin sözlərinə görə “qara bazar” o zaman yaranır ki, ölkədə hər hansı bir məhsulda defisit yaransın. Bu zaman “qara bazar” formalaşır ki, insanlar da bu bazardan yararlanırlar. Lakin Cəfər İbrahimli hazırda ölkəmizdə “qara bazar”ın o qədər də aktiv olmadığını bildirdi. Ekspert banklarda alqı-satqı spredinin də aşağı olduğunu söylədi.

Həmçinin  rəsmi bazarlarda yəni banklarda kifayət qədər xarici valyutanın olduğu  bildirildi. Bundan başqa ekspertin sözlərinə görə hazırda valyuta dövriyyəsinin 90% nin rəsmi bazar təşkil edir. Cəfər İbrahimlinin fikrincə ölkəmizdə olan "qara bazar"  simvolik xarekter daşıyır.  Məlumat üçün bildirək ki, valyuta “qara bazar”ı Türkiyə, İran və Gürcüstanda da mövcutdu.

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296