BANK

Bir ayda 10 min ədəd artdı
10 OKTYABR
159

Bir ayda 10 min ədəd artdı

2017-10-10 10:20:00

2017-ci ilin Avqust ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 33 min ədəd artaraq 5 milyon 597 min ədədə çatıb.

Fins.az xəbər verir ki, Avqustda sosial kartlar 18 min ədəd azalaraq 2 milyon 515 min ədədə, əmək haqqı kartları 14 min ədəd artaraq 1 milyon 744 min  ədədə, kredit kartları 10 min ədəd artaraq 577 min ədədə qalxıb. Digər debet kartları isə 27 min ədəd artaraq 761 min ədədə düşüb.

Qeyd edək ki, kredit kartları 30 ay azalmadan sonra İyuldan artmağa artıb. Belə ki, kredit kartlarının sayı 2015-ci ilin yanvarında 1 milyon 322 min ədədə çatdıqdan sonra azalırdı. İyulda kredit kartları 5 min ədəd artaraq 567 min ədədə çatmışdı.

92%-i NAĞD ƏMƏLİYYATDIR

İyulda ödəniş kartları ilə 1 milyard 240 milyon manatlıq əməliyyat aparılıb. Ölkə daxili əməliyyatlardan 962 milyon manat nağd pulun çıxarılması, 97 milyon manatını nağdsız ödənişlər təşkil edib.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296