BANK

Dövriyyədə nağd pullar artıb
10 OKTYABR
245

Dövriyyədə nağd pullar artıb

2017-10-10 10:07:00

Avqust ayında dövriyyədə olan nağd pullar 113,3 milyon manat artaraq Sentyabr ayının 1-nə 7 milyard 592.9 milyon manata çatıb.

Fins.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 71.2%-ə qalxıb. Avqstun əvvəlində bu nisbət 69.8% idi.

10 milyard 660.6 milyon manatlıq pul bazasının 8 milyard 468.4 milyon manatını manatla pul bazası təşkil edib.

Pul bazasına daxil olan məcburi ehtiyatlar 142.8 milyon manatdan 140.7 milyon manata düşüb.

Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289