BANK

Azərbaycandakı bank və BOKT-ların mərkəzləşmiş borcları azalıb
09 OKTYABR
203

Azərbaycandakı bank və BOKT-ların mərkəzləşmiş borcları azalıb

2017-10-09 18:11:00

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Azərbaycan Mərkəzi Bankına (AMB) olan məcmu öhdəlikləri 2017-ci il sentyabrın 1-nə 7 012,5 mln. manat təşkil edib.

Fins.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi avqustun 1-nə olan analoji göstərici ilə müqayisədə 104,9 mln. manat və ya 1,47% azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin bank və BOKT-lara tələbi 241,6 mln. manat və ya 3,33% azalıb.

Qeyd edək ki, bankların AMB qarşısında öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. Son göstəricinin maksimal həddən 494,5 mln. manat və ya 6,59% aşağı olduğu bildirilir. Qeyd edək ki, avqust ayında kommersiya banklarının xarici öhdəlikləri də azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297