BANK

Problemli kreditlərin ümumi kredit portfelində payı 15%-ə yaxınlaşır
09 OKTYABR
148

Problemli kreditlərin ümumi kredit portfelində payı 15%-ə yaxınlaşır

2017-10-09 16:29:00

Azərbaycanda vaxtı keçmiş kreditlər bu il sentyabrın 1-nə 1,824 mlrd. manat təşkil edib.

Fins.az Report-a istinadən xəbər verir ki Azərbaycan Mərkəzi Bankına açıqlamasına görə,  avqustun 1-i ilə müqayisədə 11,2 mln. manat və ya 0,62% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 351,4 mln. manat və ya 23,86%, son 1 ildə isə 231,1 mln. manat və ya 14,51% artıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,74% olub. Bu nisbət iyulun sonunda 14,1%, ötən ilin sonunda 8,95%, ötən il avqustun sonunda isə 9,46% təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296