BANK

Bankomat pulu səhv veribsə nə etməliyəm?
09 OKTYABR
862

Bankomat pulu səhv veribsə nə etməliyəm?

2017-10-09 14:01:00

Ölkəmizdə bir çox bank müştəriləri bankomatlar vasitəsi ilə pul əldə edirlər. Bəs görəsən bankomat pulu az və ya çox verə bilərmi? Fins.az-ın sualını cavablandıran iqtisadçı ekspert Cəfər İbrahimli bu kimi halların ola biləcəyini istisna etməyib. O bankomatın səhv pul verməsi kimi hallarının çox nadir hallarda baş verəcəyini bildirib. Ekspert bu zaman bankomatdan pul çıxaran şəxsin banka müraciət etməli olduğunu bildirdi. Cəfər İbrahimli bankomat pulu səhv verəndə hesabın bankın hesabatlıq və kart bölməsində qeydə alındığını bildirdi. Ona görə müştərinin hər hansı bir ciddi narahatçılıq keçirməsinə ehtiyac olmadığını deyə ekspert qeyd edib. Qeyd edək ki, hər bir bankomatda müşahidə kamerası olur və müştərinin hesabdan pul çıarması bu kameralarda qeydə alınır. 

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296