BANK

Avtomobil krediti xarici valyuta ilə verilə bilərmi?
09 OKTYABR
189

Avtomobil krediti xarici valyuta ilə verilə bilərmi?

2017-10-09 12:25:00

Ölkəmizdə bir çox yeni avtomobillərin çoxu demək olar ki ya lizinq ya da kredit vasitəsilə alınır. Bəs avtomobil krediti xarici valyuta ilə verilə bilərmi? Fins.az-ın sualını "Unilegal Consulting" şirkətinin əməkdaşı Azad Məmmədov cavablandırıb.

Məsələ ondan ibarətdir ki, burada xırda bir incəlik vardır. Avtomobil kreditlərinin verilməsində fərqli yanaşmalar var. Bəzilərində şəxs özünə məxsus əmlakını girov qoymaqla krediti alır və yenə də adı elə avtomobil krediti olur. Digərləri başqasına məxsus avtomobili (ən çox bu avtosalonlardan alınan yeni avtomobillərə aiddir) alarkən kredit götür və həmin avtomobili girov qoyur, bəziləri lizinqlə götürür və s. Bu hallarda ziddiyətli məqamlar çoxdur. Belə ki, bildiyimiz kimi Azərbaycan Respublikası ərazisində alqı-satqı manatla olmalıdır. Həmin əmlak yalnız manatla alına bilər. Lakin banklar avtomobilin kreditini xarici valyuta ilə yazıb satıcıya manatla ödəniş edirlər. Hesab edirəm ki, belə olan hallarda borc xarici valyuta ilə deyil manatla qaytarılmalıdır. Artıq bununla bağlı məhkəmə praktikası da formalaşmışdır və həmin kreditlərin əksəriyyəti alınan günə manatla hesablanmaqla manatla ödənilməsi təmin olunmuşdur. Bu səbədən də vətəndaşlar avtomobil alarkən və müqavilə imzalayarkən bunlara diqqət yetirməlidirlər. 

Müəllif:Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297