BANK

“Qara bazar”da dollar spredi yenidən minimal həddə düşdü
09 OKTYABR
2433

“Qara bazar”da dollar spredi yenidən minimal həddə düşdü

2017-10-09 10:16:00

Oktyabr ayının 9-da “qara bazar”da dolların satışı nisbətən ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.7000 manat olaraq qalsa da, satışı 1.7050 manatdan 1.7030-1.7040 manata düşüb. Başqa sözlə, növbəti dəfə alış-satış arasında fərq (spred) aşağı düşüb. “Qara bazar” hər 100 dollara görə 0,3-0,4 manat marja ilə işləyir. Qeyd edək ki, sonuncu dəfə dollar alqı-satqısında spred daralması iyun ayının 19-da qeydə alınmışdı- 0,5 manat.

Dollarla yanaşı “qara bazar”da avro da manat qarşısında ucuzlaşıb. Avronun alışı 2.00 manatdan 1.98 manata, satışı isə 2.01 manatdan 2.00 manata qədər ucuzlaşıb. Rus rublunun da məzənnəsində eniş müşahidə edilir. Rublun alışı 2.90 qəpikdən 2.88 qəpiyə, satışı isə 2.92 qəpikdən 2.90 qəpiyə qədər aşağı düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297