BANK

Mərkəzi Banka transfert nə qədər olacaq?
06 OKTYABR
461

Mərkəzi Banka transfert nə qədər olacaq?

2017-10-06 12:58:00

“İlin bitməsinə üç aydan da az müddətin qaldığı vaxtda Fondun dəqiqləşdirilən büdcəsində Mərkəzi Banka nəzərdə tutulan transfertin yuxarı həddinin dəyişilməz saxlanılaraq 7,5 milyard manat (4,4 milyard dollar) müəyyən olunması belə qənaətə gəlməyə əsas verir ki, Mərkəzi Banka təqribən həmin məbləğdə transfert ediləcək. Əks halda, üç aylıq müddət üçün proqnoz müəyyən etmək hökumətə çətin olmamalı idi”. Bunu Fins.az-a açıqlamasında iqtisadçı-ekspert Qulu İbrahimli deyib.

Onun sözlərinə görə, Fondun dəqiqləşdirilən büdcəsində nəzərdə tutulan xərclər gəlirlərdən 4,4 milyard manat artıqdır. Mümkündür ki, Mərkəzi Banka transfert məbləğinin ilin sonuna az icra olunması hesabına həmin fərq azaldılsın.

Cəmiyyətdə, xüsusən də iş adamları, maliyyə bazarlarının iştirakçıları və araşdırmaçılar arasında ilin sonunadək milli valyutanın məzənnəsi ilə bağlı mövcud olan sualların düzgün izah olunması baxımından Mərkəzi Banka transfertin məbləğinin dəqiqləşdirilməsi çox vacibdir: “Ona görə də Şahmar Mövsümovun yenə mətbuat konfransı keçirməsinə ehtiyac var”.

Müəllif: Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296