BANK

“Azərbaycanda fermerlər üçün kredit faizləri əlçatan olacaq”
06 OKTYABR
188

“Azərbaycanda fermerlər üçün kredit faizləri əlçatan olacaq”

2017-10-06 12:39:00

“Azərbaycanda “Kredit Zəmanət Fondu” ASC-nin yaradılması kredit faizlərini əlçatan edəcək, girov mexanizminin işə düşməsinə səbəb olacaq”.

Bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, həm bu fondun fəaliyyəti, həm də ölkədə yaxın vaxtlarda tətbiqinə başlanılması gözlənilən aqrar sığorta kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxış imkanlarını yaxşılaşdıracaq: “Təbii ki, banklar sığortalanmış biznesə daha həvəslə kredit verir. Bu, həm də kredit təşkilatları üçün inkişaf imkanları yaradır”.

V.Qasımlı Azərbaycanda aqrar sığortanın tətbiqi ilə bağlı son vəziyyət barədə də danışıb: “Bu sahədə müxtəlif ölkələrin təcrübəsi, o cümlədən Türkiyədəki “Tarsim” modeli dərindən öyrənilib. Düşünürəm ki, tezliklə aqrar sığorta sahəsində qanunvericilik aktları qəbul olunacaq, dünyadakı ən yaxşı təcrübə əsasında kənd təsərrüfatında sığortalanma başlayacaq. Dövlət təbii ki, bu prosesdə rol oynayacaq. Çünki aqrar sektora iqlim şəratindən asılıdır və bu riskin sığortalanması maliyyə bazarı iştirakçılarını rahat şəkildə öz vəsaitlərini kənd təsərrüfatında yerləşdirməyə imkan verəcək”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297