BANK

“AccessBank” kreditdə canlanma olduğunu açıqladı - “8-dən 24-ə qalxıb”
06 OKTYABR
218

“AccessBank” kreditdə canlanma olduğunu açıqladı - “8-dən 24-ə qalxıb”

2017-10-06 12:38:00

“Mart ayından etibarən, əsasən də mikokreditlərdə ciddi canlanma var”.

Bunu  “AccessBank”QSC- nin İdarə Heyəti Sədrinin Birinci Müavini və Baş Əməliyyat İnzibatçısı Anar Həsənov bildirib.

 “Mən bir faktı deyim. Bankımızda bir kredit mütəxəssisinə düşən kredit sayı Martdakı aylıq 8 kreditdən Sentyabrda 24 kreditə yüksəlib. Bu verilən kreditlərin 3 dəfə artdığını göstərir. Bir kredit mütəxəssisinə düşəm kredit sayı təqribən birinci devalvasiyadan əvvəlki səviyyədədir. Verilən kreditlərin ümumi məbləği isə 2,5 dəfə artıb. Bu kifayət qədər böyük artımdır, canlanmanın göstəricisidir”.

Anar Həsənov qeyd edib ki, kreditlərdə canlanma dövlətin atdığı təsirli addımların nəticəsidir: “Kənd təsərrüfatında inkişaf daha güclüdür  Bizim verdiyimiz mikro kreditlərin 52%-i kənd təsərrüfatına verilən kreditlərdir”.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296