BANK

"Banklar insanlara zərrə qədər də güzəşt etmirlər"
06 OKTYABR
176

"Banklar insanlara zərrə qədər də güzəşt etmirlər"

2017-10-06 10:58:00

Milli Məclisin İqtisadi Siyasət və Sahibkarlıq Komitəsinin sədri akademik Ziyad Səmədzadə bankların devalvasiyalardan sonra borc yükü artan müştərilərə güzəştə getməmələrini tənqid edib.

Fins.az xəbər verir ki,  Akademik Bakıda keçirilən “Mikromaliyyənin Gələcəyi: Çətinliklər və İmkanlar” adlı konfransda çıxış edib.

O qeyd edib ki, banklar ilə bağlı Milli Məclisə çoxsaylı müraciət və şikayətlər daxil olur:

“Vətəndaşlar Milli Məclisə yüzlərlə şikayətlər göndərirlər. Banklar insanlara zərrə qədər də güzəşt etmirlər. Axı onlar insandırlar?! Biz cəmiyyətdə şikayətlərin azalması və konsensus yaratmaq üçün müraciətlərə imkan daxilində müsbət baxmalıyıq. Bununla bağlı araşdırma aparılmalıdır ki, bəlkə faizlər yüksək olub, bəlkə borcalanlar düzgün qiymətləndirilməyib... Elə olsun ki, sabah bir daha problemli kreditlərlə üzləşməyək. Araşdırmalıyıq ki, necə oldu ki, mənfəətlə işləyən banklar devalvasiyalardan sonra insanlara güzəştə getmirlər. Bütün bu məsələlər təhlil edilməlidir”,- Ziyad Səmədzadə bildirib.

Akademik əlavə edib ki, yaranmış çətinliklərdə kredit faizlərinin yüksək olmasının da payı var. Azərbaycan bank faizlərinin yükək olmasına görə dünyada ilk yerilərdən birini tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296