BANK

BOKT-ların çətinliyini açıqladı – "HƏSSAS YANAŞIRLAR"
06 OKTYABR
136

BOKT-ların çətinliyini açıqladı – "HƏSSAS YANAŞIRLAR"

2017-10-06 09:59:00

Azərbaycan Manatının devalvasiyalarından sonra beynəlxalq maliyyə institutları Azərbaycanın mikromaliyyə təşkilatları ilə əməkdaşlıq etməyə ehtiyatla yanaşırlar.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən “Mikromaliyyənin Gələcəyi: Çətinliklər və İmkanlar” adlı konfransda Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı direktoru Jalə Hacıyeva bildirib.

“Azərbaycan manatının devalvasiyalarından sonra bank olmayan kredit təşkilatlarında və kredit ittifaqlarında geri ödənməyən kreditlər kəskin artdı. Bu gün valyuta risklərinə görə, beynəlxalq təşkilatlar və maliyyə institutları yerli mikromaliyyə təşkilatları ilə işləməyə həssas yanaşırlar. Bu gün mikromaliyyə təşkilatlarının vəsaitlərin cəlbinə ehtiyacı var. Biz inanırıq ki, Azərbaycan kökuməti mikromaliyyəyə önəm verir”,- Jalə Hacıyeva deyib.

Jalə Hacıyeva əlavə edib ki, ötən illər ərzində mikromaliyyə təşkilatları tərəfindən 20 milyard manatdan çox kredit verilib. Kreditlər 5 milyon nəfəri əhatə edib.

Qeyd edək ki, bank olmayan kredit təşkilatları Mərkəzi Bankın onlara vəsait ayırmasını arzu edirlər.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296