BANK

Azərbaycandakı mikromaliyyə təşkilatları indiyədək 20 mlrd. manat kredit ayırıb
06 OKTYABR
114

Azərbaycandakı mikromaliyyə təşkilatları indiyədək 20 mlrd. manat kredit ayırıb

2017-10-06 09:48:00

İndiyə qədər Azərbaycandakı mikromaliyyə təşkilatları toplam olaraq 20 mlrd. manat məbləğində 5 mln.-dan artıq kredit verib.

Fins.az xəbər verir ki. bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva Bakıda keçirilən “Azərbaycanda mikromaliyyənin gələcəyi - çətinlikləri və imkanlar” adlı V İnvestorlar Yarmarkasında deyib.

Onun sözlərinə görə, bu kreditlər əsasən kənd yerlərində yaşayanlara, kənd təsərrüfatı sektoruna verilib.

J.Hacıyeva həmçinin qeyd edib ki, Azərbaycanda “Kredit Zəmanət Fondu” ASC-nin yaradılması sahibkarların maliyyə resurslarına çıxışının artırılması ilə yanaşı maliyyə bazarında rəqabət mühitini gücləndirəcək. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296