BANK

“Nikoil Bank” nizmanamə kapitalını artırır
05 OKTYABR
195

“Nikoil Bank” nizmanamə kapitalını artırır

2017-10-05 15:29:00

“Nikoil Bank” ASC nizamnamə kapitalını 35,5 milyon manat və yaxud 19,24% artıraraq 220 milyon manata çatdıracaq.

Məlumata görə, bunun üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 17,75 mln. ədəd yeni səhm buraxılacaq.

Səhmlər qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək. Onları bankın mövcud səhmdarlarının alacağı gözlənilir.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda unun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın səhmlərinin 91,84%-i “Topaz Investments” QSC-yə, 7,97%-i adı açıqlanmayan fiziki şəxsə, 0,19%-i isə "ISR Holding" MMC-yə məxsusdur.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296