BANK

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi üstələyib
26 SENTYABR
188

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi üstələyib

2017-09-26 18:18:00

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105008558 ISIN-li, 5 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az BFB-yə istinadən xəbər verir ki, hərraca 10 investor ümumi dəyəri 17 527 400 manat olan 18 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.

Sifarişlərin qiymət 100,842 manat (14,5%) – 112,7105 manat (7,997%) intervalında dəyişib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 108,91 manat (9,9759%), orta ölçülmüş qiyməti isə 110,3882 manat (9,1954%) müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 24 sentyabr 2019-cu ildir. Hərrrac iştirakçıları ən gci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296