BANK

Dollar ilin sonuna qədər 4% möhkəmlənə bilər
25 SENTYABR
1590

Dollar ilin sonuna qədər 4% möhkəmlənə bilər

2017-09-25 15:00:00

ABŞ dollarının əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi 2017-ci ilin sonuna qədər 4%-ə yaxın möhkəmlənə bilər. Fins.az xəbər verir ki, dolların möhkəmlənməsi üçün bir sıra səbəb yaranıb. Birincisi, dollar avro ilə müqayisədə bu ilin əvvəlindən həddindən artıq çox - 14,8% ucuzlaşıb. Belə bir ucuzlaşma üçün isə heç bir əsaslı səbəb yoxdur.

İkincisi, ABŞ-da uçot dərəcəsi hazırda 1-1,25% olduğu halda, Avropada 0% təşkil edir. FED balansını azaltmağa başlayarsa, Avropa Mərkəzi Bankı hələ monetar stimullaşdırmanı davam etdirir.

Üçüncüsü - FED-in ilin sonuna qədər uçot dərəcəsini bir dəfə də artırma ehtimallarının artması və 2018-ci ilin əvvəlindən balansını daha sürətlə azaltmağa başlayaraq maliyyə bazarlarında dollar qıtlığı yaradacağı amilidir.

Dördüncüsü - Almaniyada dünən keçirilən parlament seçkilərinin nəticələrinin avro üçün yaratdığı təhlükədir. Belə ki, siyasi tənqidçilər yaranan koalisiya hökumətinin 4 il sonra keçiriləcək növbəti seçkilərə qədər davam etməyəcəyini düşünürlər.

"Sadalanan amillərin avronu ucuzlaşdıracağı, dolları möhkəmləndirəcəyi proqnozlaşdırılır. 2018-ci ilin əvvəlində dolların yenidən bir qədər ucuzlaşması gözlənilsə də, II yarımillikdən etibarən möhkəmlənmə prosesinin sürətlənərək avronun məzənnə paritetindən aşağı düşməsi ehtimal edilir", - deyə "Report"un analitikləri əlavə ediblər.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297