BANK

Biznes kartı və hesabı necə və neçəyə açmaq olar? – QİYMƏTLƏR
22 SENTYABR
482

Biznes kartı və hesabı necə və neçəyə açmaq olar? – QİYMƏTLƏR

2017-09-22 10:48:00

Biznes kartını hansı bankda neçəyə aça bilərəm. Bu sual hazırda bir çox sahibkarı maraqlandırır. Bəs biznes hesab və kart nədi və neçə, neçəyə aça bilərəm? Fins.az xəbər verir ki, biznes kart nəğd ödəniş üçün nəzərdə tutulmadığından ilk növbədə cari hesab açılır. Bu yalnız hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulur. Cari hesabın açılması üçün banka fərdi sahibkar vöen və şəxsiyyət vəsiqəsilə müraciət etməlidir. Hüquqi şəxs isə müəssisə sənədləri ilə müraciət edir. Bura nizamnamə və əmrlər də daxildi. Daha sonra isə cari hesabla bağlı olan korporativ  kart hesabi açılır və istəkdən asılı olaraq biznes kart verilir. Fərdi sahibkarlar biznes hesab açdırıb kart almaq istədikdə isə sahibkar olduğunu təqdiq edən şəhadətnamə və vergidən gələn dublikat banka təqdim olunur. Qeyd edək ki, dublikat vergilər nazirliyindən banka avtomatik göndərilir. 

Accessesbankda pulsuzdur

Azər Türk bank pulsuzdur

Muğanbank bir illik 10 manat

Kapital bank bir illik 10 manat

Bank Silk Vay – bir illik 15 manat

Bank VTB – iki illik 30 manat

Dəmirbank – biznes kart yoxdur. Yalnız çek kitabçası ilə hesabdan pul çıxartmaq olar

Expressbank bir illik 20 manat

Bank of Baku bir illik 8 manat

Bank Respublika bir illik  10 manat

AFB bank bir illik 50 manat

Amrahbank bir illik 20 manat amma bu kartlarla nağdlaşdırma və cart to cart  mümkün deyil.

ATA bank bir illik 20 manat

Beynəlxalq bank – bir illik 10 manat

Bank Avrasiya -biznes kartı ancaq şirkət açdıra bilər

Xalq bank biznes kart pulsuzdur

Gunaybank bir illik  20 manat

NBC bank bir illik 50 manat

AGB bank – bir illik 18 manat 

Məlumat üçün bildirək ki, biznes kartların müddəti bir ildən başlayır və bir neçə il ola bilər. Kartın açılma müddətindən asılı olaraq qiymətlər də dəyişir

                                                         Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296