BANK

Pul menecerləri dolların bahalaşacağını gözləyir
21 SENTYABR
1140

Pul menecerləri dolların bahalaşacağını gözləyir

2017-09-21 16:46:00

Dollar, Vaşinqtondakı siyasi gərginliklər və indiyədək mərkəzi bankın (Fed) siyasətindəki dəyişikliklərin təsiri ilə on ildən bu yana ən pis ucuzlaşmasını edib.

Fins.az Marja-ya istinadən xəbər verir ki, indi isə bütövlükdə 3 trilyon dolların idarə edilməsindən məsul olan pul menecerləri bundan sonra Dolların bahalaşa biləcəyini qeyd edirlər 

"Mellon Capital Management Corp", "State Street Global Advisors" və "UBS Asset Management" Dolların 2017-ci ildə 9% ucuzlaşmasının bir qisminin geri alacağını düşünür. Buna səbəb, treyderlərin, Fed-in bu ilin Dekabr ayında faiz artıracağına daha çox ehtimal vermələridir. Treyderlər bir neçə həftə əvvələ qədər buna az ehtimal verirdilər.

Fed-in Dekabr ayında faiz artıracağına dair ehtimal, dünən Bankın bu il bir daha faiz artıracağını bəyan etməsilə güclənib. Dollar, sözügedən açıqlama ilə bahalaşıb 

Bəzi pul menecerlərinə görə, dollar, 2007-ci ildən bəri görülən ən uzun ucuzlaşma müddətinin (6 ay) ardından bahalaşacaq. 

"5% BAHALAŞA BİLƏR"

"State Street Global"ın Valyuta departamentinin rəhbəri Len Crownover, "Dolların bahalaşacağını hesab edirik" deyib. Təxminən 2.6 trilyon dolları idarə edən "Crownover"a görə, Avropa ilə müqayisədə ABŞ-da sərt  pul siyasətinə keçiləcəyi daha böyük bir ehtimaldır. Bu da dolları il sonuna qədər 5% yüksəldə bilər. 

"Mellon Capital"dan Sinead Colton, "Valyuta səbəti qarşısında dollara müsbət baxmağa davam edəcəyik. Fed-in balansını azaltması pul siyasətinin sərtləşdirilməsi deməkdir. Bu da Dolların bahalaşmasını təkan verəcək" deyib.

"UBS Asset Management"dən Conatan Devis, bazarın ABŞ Dollarına qarşı həddən artıq pessimist düşündüyünü bildirib. O qeyd edib ki, pul siyasətinin mülayim sərtləşdirilməsi qarşıdakı altı ayda dolları bir qədər bahalaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297