BANK

Mərkəzi Bank 100 milyon manat yığacaq
21 SENTYABR
143

Mərkəzi Bank 100 milyon manat yığacaq

2017-09-21 15:47:00

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit növbəti hərracı keçiriləcək.

Fins.az xəbər verir ki, 25 sentyabr 2017-ci il tarixində keçiriləcək hərrac ilə 100 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Müddət 14  gün, faiz dərəcəsi 10,01% – 14,99% müəyyən olunub.

 Xəbər verdiyimiz kimi, 18.09.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 557,4 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.

Mərkəzi Bank 100 milyon manat cəllb edəcəyini açıqlamışdı və bu məbləğdə də cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297