BANK

"Manat bahalaşa bilər, amma düşünməliyik"
19 SENTYABR
852

"Manat bahalaşa bilər, amma düşünməliyik"

2017-09-19 14:20:00

"Tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa bilər".

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri E.Rüstəmov manatın möhkəmlənməsinin mümkün perspektivləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib

"Manat üzən məzənnə rejimindədir. Tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa bilər. Lakin bunu bazar həll edir. Sadəcə olaraq, hökumət və AMB düşünməlidir ki, bütünlükdə manatın möhkəmlənməsi ölkədə həyata keçirilən iqtisadi strategiyaya nə dərəcədə uyğundur. Burada ixracın dəstəklənməsi və şaxələndirilməsi diqqət mərkəzində olmalıdır", - deyə AMB sədri əlavə edib.

Qeyd edək ki, Manatın bahalaşması (Dollar qarşısında möhkəmlənməsi) ixracatçıların gəirlərinin manat ilə ifadədə azalmasına, ucuzlşaması isə artmasına səbəb olur. İdxal məhsullarında isə əks proses baş verir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297