BANK

Azərbaycanda 5 kredit ittifaqının rəhbəri dəyişib
15 SENTYABR
267

Azərbaycanda 5 kredit ittifaqının rəhbəri dəyişib

2017-09-15 15:44:00

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının 5-nin rəhbəri dəyişib.

Fins.az Report-a istinadən xəbər verir ki, 2003-cü ildən Qazax rayonunda fəaliyyət göstərən və nizamnamə kapitalı 4 min manat olan “Aqra Kredit İttifaqı” MMC-nin rəhbəri Süleyman Yəhyayevin yerinə Aslan Mustafayev;

2011-ci ildən Xaçmaz rayonunda fəaliyyət göstərən və nizamnamə kapitalı 4 min manat olan “İnci Kredo Kredit İttifaqı” MMC-nin rəhbəri Ramazan Mütəllimovun yerinə İradə Ağayeva;

2013-cü ildən Astara rayonunda fəaliyyət göstərən və nizamnamə kapitalı 4 660 manat olan “İqtisadi İmkanlar Kredit İttifaqı” MMC-nin rəhbəri Ədalət Eminovun yerinə Malik Balakişiyev;

2011-ci ildən Bərdə rayonunda fəaliyyət göstərən və nizamnamə kapitalı 4 min manat olan “Prins Kredit İttifaqı” MMC-nin rəhbəri Vidadi İbrahimovun yerinə Bəxtiyar Şərifov;

2010-cu ildən Gəncə şəhərində fəaliyyət göstərən və nizamnamə kapitalı 4 400 manat olan “Tərəqqi Kredit İttifaqı” MMC-nin rəhbəri Ceyhun Həsənzadənin yerinə isə Xalid Quliyev təyin edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293