BANK

İpoteka bazarının effektivliyi necə təmin edilib? – MONİTORİNQ
15 SENTYABR
267

İpoteka bazarının effektivliyi necə təmin edilib? – MONİTORİNQ

2017-09-15 15:42:00

Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb. Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Stateji Yol Xəritələrinin ilk 6 ay ərzində icrasının monitorinqi ilə bağlı hesabata əsasən xəbər verir ki, “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən yaradılmış işçi qrupun 2017-ci il iyunun 30-da keçirilmiş ilk iclasında ilin sonunadək daşınmaz əmlak girovunun likvidləşdirilməsi üçün hüquqi bazanın və qeydiyyat sisteminin gücləndirilməsi, mənzillərin daha yaxşı qiymətləndirilməsi üçün ipoteka və mənzil bazarının statistik məlumat bazasının yaradılması, kredit standartlarının müəyyən edilməsi, məlumatların idarə edilməsi üçün infrastrukturun yaradılması və ipoteka kreditləşməsinin dəstəklənməsi istiqamətində digər tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən, mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslərin əhatə dairəsi müəyyən olunmuşdur.

Bununla belə İİTKM hesab edir ki, “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən müvafiq dövlət qurumlarından ibarət işçi qrup yaradılsa da, ipoteka bazarının araşdırılması və bu əsasda normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində tədbirin icrasına başlanılmayıb. Bu prioritetin 2.4.1-ci və 2.4.2-ci tədbirlərinin icra müddətinin 2017-ci ili əhatə etdiyini nəzərə alaraq, yaradılmış işçi qrupun effektiv fəaliyyəti təmin olunmaqla ipoteka bazarının araşdırılması həyata keçirilə və qanunvericiliyə dəyişiklik layihələri hazırlana bilər.

İcra edilmişdir

3 tədbirdən 1-i 33%

İcrasına başlanılmışdır

3 tədbirdən 2-si 67%

İcrasına başlanılmamışdır

0%

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287