BANK

"Mərkəzi Bank Xəqani Abdullayevin işdən çıxmaması üçün əlindən gələni etdi"
15 SENTYABR
494

"Mərkəzi Bank Xəqani Abdullayevin işdən çıxmaması üçün əlindən gələni etdi"

2017-09-15 12:27:00

2017-ci ilin payız sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən ilk iclasında Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi məsələsi müzakirə edilib.

Komitə sədri Ziyad Səmədzadə bildirib ki, Mərkəzi Bankın rəhbərliyi X. Abdullayevin işdən ayrılmaması üçün əlindən gələni edib:

"Mərkəzi bankın rəhbərliyi çox çalışırdı ki, Xəqani müəllim işdən ayrılmasın. Xəqani Abdullayev çox savadlı və peşəkar kadrdır"

 
Z. Səmədzadə əlavə edib ki, X. Abdullayevin vəzifəsindən azad olunması ilə bağlı komitənin rəyi var.

Xatırladaq ki, prezident İlham Əliyev avqustun 1-də X. Abdullayevin vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb.

X. Abdullayevin yerinə təyinat baş verməyib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287