BANK

Vahid Əhmədovdan kredit – AÇIQLAMASI
15 SENTYABR
2247

Vahid Əhmədovdan kredit – AÇIQLAMASI

2017-09-15 12:20:00

"2016-cı ildə problemli kreditlərin həcmi 1,6 milyard manat idisə, indi bu göstərici artaraq 1,8 milyard manatı keçib".

Bunu, 2017-ci ilin payız sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən ilk iclasında millət vəkili Vahid Əhmədov deyib

Millət vəkili ölkədə hələ də kreditlər üzrə faizlərin yüksək olduğundan narahatlığını diqqətə çatdırıb: "Biz görürük ki, bankların kredit faizləri çox yüksəkdir. Kredit faizləri 28-30%-ə çatır. Buna görə də əhali kreditləri qaytarmaqda çətinlik çəkir".

Mərkəzi Bankın yürütdüyü pul-kredit siyasəti nəticəsində manatın məzənnəsində sabitliyin əldə edildiyini deyən V. Əhmədov bank sektorunda sağlamlaşdırmanın vacib olduğunu vurğulayıb: "Mən dəfələrlə təklif etmişəm ki, bank sektorunun təmsilçiləri Milli Məclisə dəvət olunsun. Onlar bizə məlumat versinlər ki, bu proses nə qədər uzanacaq".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287