BANK

ADB Azərbaycana yeni kreditin ayrılması məsələsinə baxacaq
13 SENTYABR
205

ADB Azərbaycana yeni kreditin ayrılması məsələsinə baxacaq

2017-09-13 19:15:00

Sentyabrın 22-də Asiya İnkişaf Bankının (ADB) menecmenti Azərbaycanda dəmir yolu sahəsinin inkişaf etdirilməsinə kredit ayrılması məsələsinə baxacaq.

Fins.az “Report”-a istinadən xəbər verir ki, layihə üzrə kreditin məbləği 400 mln. ABŞ dolları təşkil edə bilər.

Məlumata görə, avqustun 28-dən sentyabrın 8-dək Bankın faktaraşdırıcı missiyası Bakıda olub və “Dəmiryolu sektorunun İnkişaf Proqramı Layihəsi" ilə bağlı bir sıra görüşlər keçirib.

Xatırladaq ki, layihə ilə bağlı faktaraşdırıcı missiyanın ilk öncə avqustun 1-11-i tarixlərində Azərbaycana gələcəyi gözlənilirdi. Sentyabrın 13-də isə Bankın menecmentinin qiymətləndirmə yığıncağının keçirilməsi planlaşdırıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287