BANK

Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
13 SENTYABR 2017
342

Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

2017-09-13 15:48:00

13 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100161S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddəti diskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 25 sifariş təqdim edilmişdir.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Sifarşlərin nominal qiymətlə ümumi məbləği 480,710,600.00 AZN, yerləşdirilmiş həcmi isə 150 mln manat təşkil edilmişdir.

Notların ödəmə tarixi 11 oktyabr 2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267