BANK

MBNP-da bank nümayəndələri ilə görüş keçirilib
12 SENTYABR
193

MBNP-da bank nümayəndələri ilə görüş keçirilib

2017-09-12 18:03:00

11 sentyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bank nümayəndələri ilə görüş keçirilib. Görüşdə MBNP-nın Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov, Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov, Bank fəaliyyətinə nəzarət departamentinin direktoru İmran Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov və kommersiya banklarının nümayəndələri iştirak edib.

Görüş zamanı malların ixracından banklara daxil olan vəsait barədə məlumatların MBNP-na ötürülməsi prosesi müzakirə olunub. Bildirilib ki, banklarda Gömrük bəyannaməsinin nömrəsinin olmaması və ixrac edilmiş malların dəyəri barədə Dövlət Gömrük Komitəsindən məlumatın banklara vaxtında daxil olmaması gecikmələrə səbəb olur.

MBNP bu prosesi sadəşdirmək üçün məlumatın ötürülməsi müddətinin 2 həftəyədək uzadılmasını təklif edir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, Dövlət Gömrük Komitəsi 180 gün ərzində ixrac edilmiş malların dəyəri barədə banklara məlumat verməli, banklar isə 3 gün ərzində sözügedən məlumatları MBNP-na təqdim etməlidir.

Xatırladaq ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294