BANK

“Qara bazar”da avrodan rekord bahalaşma - 6,9%
12 SENTYABR
1113

“Qara bazar”da avrodan rekord bahalaşma - 6,9%

2017-09-12 16:31:00

 Sentyabr ayının 12-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat təşkil edir.

   Avro isə dollardan fərqli olaraq “qara bazar”da yenidən bahalaşıb. Avropa valyutasının alışı 2.10 manatdan 2.15 manat qalxıb, satışı isə 2.15 manatdan 2.30 manata kimi yüksəlib. Başqa sözlə, avronun satışı 6,9% bahalaşıb. Bu isə son iki ayda rekord göstəricidir.

Ötən aydan etibarən bahalaşmağa başlayan Rus rublunun məzənnəsi isə nisbətən stabilləşib. Belə ki, hazırda rublun alışı 2.90 qəpik olaraq qalıb, satışı isə 2.95 qəpikdən  2.93 qəpiyə düşüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294