BANK

Çin yuanı 16 aylıq maksimumu yeniləyib
11 SENTYABR
163

Çin yuanı 16 aylıq maksimumu yeniləyib

2017-09-11 09:45:00

Çin Xalq Bankı bu gün yuanın dollara nisbətən məzənnəsini 0,05% möhkəmləndirib.

Fins.az APA-ya istinadən xəbər verir ki, beləliklə, yuanın dollara nisbətən məzənnəsi psixoloji hədd olan 6,5 səviyyəsini ötüb ki, bu da 2016-cı ilin may ayından etibarən maksimal göstəricidir.

Qeyd edək ki, mərkəzi bank yuanın məzənnəsini ardıcıl olaraq 11 ticarət sessiyası möhkəmləndirir.

Cari ilin əvvəlində Çinin baş naziri Li Ketsan bəyan edib ki, hökumət xarici ticarətin stimullaşdırılması üçün yuanın devalvasiyasına can atmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294