BANK

Ölkədaxili pul köçürmələri: Ən sərfəli tarifləri hansı köçürmə sistemi təklif edir?
08 SENTYABR
198

Ölkədaxili pul köçürmələri: Ən sərfəli tarifləri hansı köçürmə sistemi təklif edir?

2017-09-08 12:32:00

Azərbaycanda banklararası pul köçürmələri əsasən XÖKHS (Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq sistemi), AZİPS (Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar sistemi/Azerbaijan İnterbank Payments System), S.W.I.F.T. və KÖMİS (Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi) vasitəsilə həyata keçirilir. Fins.az Baker.az saytına istinadən xəbər verir ki, bununla yanaşı, banklar tərəfindən əsasən fiziki şəxslərə təcili pul köçürməsi xidmətləri göstərilir ki, bu xidmətlər daxilində şəxs bankda hesab açmadan dünyanın istənilən nöqtəsinə bir neçə dəqiqə ərzində pul köçürə bilər.

Aşağıdakı cədvəldə ölkədaxili ən sərfəli təcili pul köçürmələri qeyd edilmişdir. Bu köçürmələrin bəziləri yalnız bir bank daxilində köçürmələr üçün nəzərdə tutulsa da, bəziləri bir neçə bankın xidmət şəbəkəsini əhatə edir. Yalnız bir bank daxilində nəzərdə tutulan köçürmələrə “Access Transfer”, “AFB Transfer”, “Unitransfer” , “Vektor”,  və“Şimşək” sistemlərini misal göstərmək olar. “Monex”, “Xəzri” və “Manat Express” isə bir neçə bankın xidmət şəbəkəsini əhatə edir.

KöçürməHansı Bankda var?Köçürmənin valyutasıTarif
Access Transfer AccessBank AZN / USD / EUR Məbləğ 3000 AZN/USD/EUR-dək olduqda - 0.4% (minimum 2 AZN/USD/EUR)
Məbləğ 3001- 6000 AZN/USD/EUR arası olduqda - 0.3% (minimum 11 AZN/USD/EUR)
Məbləğ 6000 AZN/USD/EUR-dən çox olduqda - 0.2% (minimum 15 AZN/USD/EUR)
AFB Transfer AFB Bank AZN 0,1% (minimum 3 AZN)
Unitransfer UniBank AZN/ USD/ EUR/ RUB AZN / USD / EUR üzrə
Məbləğ 3000 AZN/USD/EUR-dək olduqda - 0,4% (min 2 AZN/USD/EUR)
Məbləğ 3001 – 20 000 AZN/USD/EUR arası olduqda - 0,3% (min 12 AZN/USD/EUR, max 30 AZN/USD/EUR)
Rubl üzrə
Məbləğ 200 000 RUB-dək olduqda - 0,4% (min 200 RUB)
Məbləğ 200 001 – 700 000 RUB arası olduqda - 0,3% (min 800 RUB, max 3000 RUB)
“ManatExpress” Beynəlxalq Bank
Rabitə Bank
Xalq Bank
AZN Məbləğ 300 AZN-dək olduqda - 1.5 AZN
Məbləğ 300 AZN - 10 000 AZN arası olduqda - 0.5%
Vektor Bank Respublika AZN Məbləğ Komissiya (filialda) Komissiya (Vektor kart vasitəsilə)
1-300 AZN 2 AZN 2 AZN
301-400 AZN 3 AZN 2 AZN
401-600 AZN 4 AZN 3 AZN
601-700 AZN 5 AZN 4 AZN
701-900 AZN 6 AZN 5 AZN
901-1000 AZN 8 AZN 6 AZN
1001-1500 AZN 10 AZN 8 AZN
1501-2000 AZN 13 AZN 10 AZN
2001-2500 AZN 16 AZN 12 AZN
2501-3000 AZN 20 AZN 15 AZN
Şimşək DəmirBank AZN / USD / EUR Köçürmə məbləği (AZN/USD/EUR) Komissiya (AZN/USD/EUR)
10- 500 2
501 - 1000 3
1001 -2000 5
2001 - 3000 7
3001 - 4000 9
4001 - 5000 11
5001 - 6000 13
6001 - 7000 15
7001 - 8000 17
8001 - 9000 19
9001 - 10 000 21
10 001 - 11 000 23
11 000 - dən artıq 23 AZN/USD/EUR + (köçürülən məbləğ-11 000 AZN/USD/EUR) * 0.06%
Monex AccessBank
AFB Bank
Bank of Baku
AmrahBank
Azər Türk Bank
Bank BTB
Express Bank
Nikoil Bank
Rabitə Bank
TuranBank
Unibank
Bank VTB
Xalq Bank
Muğan Bank
Bank Avrasiya
Naxçıvan Bank

AZN / USD / EUR Köçürmə məbləği (AZN/USD/EUR) Komissiya (AZN/USD/EUR)
0 - 300 2
301 - 500 3
501 - 1000 5
1001 - 2000 10
2001 - 3000 15
3001 - 4000 20
4001 - 6000 25
6001 - 11 000 30
11 000 - dən artıq 0.3%
Xəzri Kapital Bank
Express Bank
AFB Bank
Ata Bank
Bank VTB
AZN / USD / EUR Köçürülən məbləğin 0.8%-i (minimum 1 AZN/USD, maksimum 30 AZN/USD)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293