BANK

Bankların kreditlərdən faiz gəlirləri azalıb
07 SENTYABR
236

Bankların kreditlərdən faiz gəlirləri azalıb

2017-09-07 15:41:00

Banklarınən az aylıq faiz gəliri 2017-ci ilin iyul ayında olub . Belə ki, İyulda 31 bankın kreditlərdən faiz gəlirləri 100 milyon manatdan aşağı olub. Bu barədə Fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Faiz gəlirlərinin azalması müştərilərə verilən kreditlərin azalması ilə əlaqəli olub. Bankların faiz gəliri 30 Yanvar 2017-də 130.9 milyon manat, 28 Fevral 2017-də 258.6 milyon manat (+127,7 milyon manat), 31 Mart 2017-də 382.8 milyon manat (+124,2 milyon manat), 30 Aprel 2017-də 504.4 milyon manat (+122.2 milyon manat), 31 May 2017-də 623.8 milyon manat (+119,4 milyon manat), 30 İyun 2017-də 749.8 milyon manat (+126 milyon manat), 31 İyul 2017-də 845.5 milyon manat (+95,7 milyon manat) olub.

31 İyul 2017-ci il tarixində bankların müştərilərə verdikləri kreditlər 12 milyard 393 milyon manat təşkil edib. 30 İyun 2017-ci il tarixində müştərilərə verilmiş kreditlər 13 milyard 462 milyon manat idi. Göstəricidən bəlli olur ki, iyulda müştərilərə verilmiş kreditlər 1 milyard 69 milyon manat azalıb.

İyunda müştərilərə verilmiş kreditlər 916,6 milyon manat azalaraq 14 milyard 378.6 milyon manatdan 13 milyard 462 milyon manata enib.

 Müştərilərə verilmiş kreditlər 2016-cı ilin sonunda 15 milyard 938 milyon manat, cari il Yanvarın sonunda 16 milyard 206.6 milyon manat,  Martın sonunda 15 milyon 53.1 milyon manat, Aprelin sonunda isə 15 milyard  34 milyon manat olub.

 İlin əvvəlindən bəri müştərilərə verilmiş kreditlər 3 milyard 545 milyon manat azalıb.

 Müəllif:Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287