BANK

Əmanətlərin 80% xarici valyutadadır
07 SENTYABR
260

Əmanətlərin 80% xarici valyutadadır

2017-09-07 15:01:00

Maliyyə Bazarlarına Nəzarət Palatasından Fins.az-a verilən məlumata görə, 31 İyul 2017-ci il tarixinə banklarda əhalinin əmanətləri 6 milyard 834.1 milyondur.

İyunun sonunda əhalinin əmanətləri 6 milyard 880.7 milyon manat olub. İyulda isə əhalinin əmanətləri 46,6 milyon manat azalıb.

Aprelin sonunda əhalinin əmanətləri 6 milyard 847.5 milyon manat, mayın sonunda isə 6 milyard 820.1 milyon manat olub.

Məlumat üçün bildirək ki, banklarda əhalinin əmanətlərinin 80%-ə yaxını xarici valyutadadır. İyul ayında Dollar Manat qarşısında bahalaşmayıb, əksinə sabit qalıb.

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294