BANK

Avropa Mərkəzi Bankına ssenarilər təqdim edildi - AVRO QALXIR
07 SENTYABR
280

Avropa Mərkəzi Bankına ssenarilər təqdim edildi - AVRO QALXIR

2017-09-07 12:29:00

Məsələ ilə bağlı məlumata malik olan Avro Bölgəsi rəsmilərinə görə, Avropa Mərkəzi Bankı (AMB) İdarə Heyətinə monetar təşviq prosesinin gələcəyinə dair ssenarilər  təqdim olunub.
Bloomberg xəbər verir ki, sözügedən sənədlər Çərşənbə günü başlayan iki günlük toplantı üçün AMB-nin texniki komitəsi tərəfindən müzakirə edilib.

Adlarının açıqlanmasını istəməyən mənbələrə görə, sənədlər, qiymətli kağız alışlarının həcmi və müddətinə dair müxtəlif kombinasiyalar ehtiva edir.

Sözügedən sənədlərin rəsmi siyasət təklifi xarakterində olmadığını bildirən mənbələrə görə, AMB-nin 26 Oktyabr toplantısınadək hər hansı bir qərar mümkün görünmür.

 Xəbərin ardınca Avro Dollar qarşısında bir qədər də bahalaşıb. Avro/Dollar məzənnəsi 0,3% artaraq 1.1951-ə qalxıb.

 ECB, aylıq 60 milyard avro dəyərində qiymətli kağız alışı həyata keçirir. Bu iclasda olmasa da Oktyabr ayında keçiriləcək toplantıda bu miqdarın 40 milyard avroya endiriləcəyi gözlənilir. Xüsusilə inflyasiya nisbətinin 2%-lik hədəfə yaxınlaşması alışın azaldılacağına dair gözləntilərin yaranmasına səbəb olur.  

  Avro Bölgəsinin iqtisadiyyatını, 2008-2009 maliyyə böhranından sonra canlandırmaq üçün tətbiq olunan yumuşaq pul siyasəti çərçivəsində ECB 2 trilyondan artıq avro çap edərək dövriyyəyə buraxmışdır.

Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0160
  • ₽ RUB
    0.0296