BANK

Rubl “qara bazar”da durmadan bahalaşır- 4,2%
07 SENTYABR
905

Rubl “qara bazar”da durmadan bahalaşır- 4,2%

2017-09-07 12:11:00

 Sentyabr ayının 7-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat təşkil edir.

   Avro isə dollardan fərqli olaraq “qara bazar”da yenidən bahalaşıb. Avropa valyutasının alışı 2.00 manatdan 2.10 manata qalxıb, satışı isə 2.15 manatdan 2.20 manata qalxıb. Başqa sözlə, avronun satışı 6,7% bahalaşıb.

Hazırda ən diqqət çəkən valyuta Rus rubludur. Rubl ötən həftədən etibarən bahalaşmaqda davam edir. Belə ki, rublun alışı 2.83 qəpikdən 2.90 qəpiyə yüksəlib, satışı isə 2.90 qəpikdən 2.95 qəpiyə qədər yüksəlib.

Başqa sözlə, son bir həftədə rubl 3,5%- 4,2% bahalaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287